Arif Əsədov "Sumqayıt"la oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az PFL-in saytına istinadən xəbər verir ki, "Neftçi”nin baş məşqçisi süni örtükdə oynamağın çətin olduğunu bildirib:
"Sumqayıtda oynamaq həmişə çətin olur. Bu gün də çətinliklə üzləşdik. Buna baxmayaraq, futbolçular sona qədər döyüşdülər. 3 xalı qazandığımız üçün şadam. Bir neçə matçdı ki, süni meydançalarda oynayırıq. Ağırdı. Lakin gec də olsa, qol vurduq. Biz öz oyunlarımızı oynamalı və mübarizə aparmalıyıq. Ernest Nforun zədəsi var. Futbolçu sabahdan etibarən məşqlərə başlayacaq. Hazırda “Neftçi”də rəqabət mövcuddu. Futbolçuların hər birinə şans vermək niyyətindəyik”.
Fanat.az