AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri I divizionun XVII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Neftçala"nın futbolçusu Fərmayıl Əliyev "Turan Tovuz"la matçının 34-cü dəqiqəsində qol vurduqdan sonra təhqiredici jest etməsinə görə 3 oyun cəzalandırılıb, klub 200 manat cərimə olunub.
"Qaradağ Lökbatan"ın məşqçisi Araz Əliyev "Ağsu" ilə oyunun 76-cı dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılıb. Bu səbəbdən AFFA onu 1 oyunluq cəzalandırılıb, klub 100 manat cərimə edilib. Oyunun 90-cı dəqiqəsində “Ağsu”nun futbolçusu Ruslan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimələnib.
“Mil-Muğan” - “Şəmkir” matçının 21-ci dəqiqəsində isə ev sahiblərinin futbolçusu Bayram Əliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. O, qarşıdakı bir oyunu buraхacaq, klubu 20 manat cərimə ödəyəcək.
Fanat.az