Ruslan Abışov Premyer Liqanın II turunun “Rəvan” – “Neftçi” oyununu canlı izləmişdi. “Rubin”in formasını geyinən futbolçunun “Neftçi”nin prezidenti Sadıq Sadıqovla yanaşı əyləşməsi bəzi şübhələrin yaranmasına səbəb oldu. Rusiya klubunda heyətə düşə bilməyən Abışov yenidən “Neftçi”yə dönməyə hazırlaşır?
Ruslan bu suala cavab verib. Fanat.az xəbər verir ki, millinin üzvü vətənə qayıtmağı fikirləşmədiyini bildirib: “Rubin”də hər şey məni qane edir. Bu komandada olmaq mənim üçün xoşdu, orda xoşbəxtəm. Ancaq yaxın gələcəkdə Azərbaycana qayıtmağı fikirləşmirəm. Məqsədim orda əsas heyətə düşüb, daha yaxşı yerlərə getməkdi”.
Abışov Lüksemburqla oyundan sonra azarkeşlərin ünvanına xoşagəlməz ifadələr işlətmişdi. Futbolçu indi peşman olduğunu bildirib: “Lüksemburqla oyundan sonra çox əsəbi idim, emosional danışdım. Bundan sonra müsahibəmə baxdım, çox təəssüf hissi keçirdim. Dediklərimə görə peşman idim. Haqlı olaraq medianın, azarkeşlərin tənqidi ilə üzləşdim. Ancaq məncə, bu, futboldu, hirsli olmuşam, fikirlərini düzgün çatdıra bilməmişəm. Çalışacam ki, qarşıdakı matçda yaxşı oyunla, ən azından qol vurmaqla azarkeşlərlə aramda olan münasibəti daha yaxşı edim”.