Tərlan Əhmədov "Neftçi" ilə oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi yetirmələrindən ancaq nəticə tələb etdiyini deyib:
"Futbolçulara tapşırmışdım ki, mümkün qədər qol vurmaq lazımdı. Bilirdim ki, gözəl oyun olmayacaq. Odu ki, futbolçulardan sırf nəticə tələb etmişdim. Düzdü, qol vura bilmədik. Amma komandanın oyunundan razı qaldım. Hücumda müəyyən çətinliklərimiz oldu. Çalışacağıq ki, bu problemləri aradan qaldıraq. Düzdü, mən 1 həftə Bakıda olmamışam. Buna rəğmən, komanda proqram əsasında çalışıb. Mən olmadığım müddətdə görülən işdən razı qalmışam. Hər hansı bir nöqsan yoxdu".//pfl.az
Fanat.az