"İcraiyyə Komitəsinin əsas qərarı 21 və 23 yaşadək futbolçuların maaşına limit tətbiq olunması barədə oldu. Çoxlu mübahisə oldu. Amma bu, klubların tələbi olduğundan, qəbul etməli olduq". Fanat.az хəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
Abdullayev iclasda qəbul olunan qərarlarla bağlı danışıb: "Məşqçilər Komitəsinin tövsiyəsini nəzərə alaraq, bir qərar qəbul etdik. 21 yaşlı futbolçuların maaşlarına limit qoyulmasına qərar verdik. Qiymətlərin süni dərəcədə şişirdilməsinin qarşısını almaq, klublara kömək üçün bunu etdik. 21 yaşlı futbolçu maksimum ildə 30 min, 23 yaşlı futbolçu isə 50 min qazana bilər. Milli üzvüdüsə həmin oyunçu, klub 50 faiz artıra bilər".
AFFA teleyayımla bağlı da qərar verib: "İkinci qərar teleyayımla bağlıdı. Kanallar arasında tender elan olunacaq. Tenderin qalibi müəyyən məbləğ ödəməlidi. Həmin məbləğ də PFL və klublar arasında bölünəcək".
Fanat.az