AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Fanat.az xəbər verir ki, iclasda bir neçə məsələ müzakirə olunub və qərarlar qəbul edib.
İcraiyyə Komitəsi Premyer Liqada legioner limitini dəyişdirib. Qərara əsasən, növbəti mövsümdən Azərbaycan çempionatında bir matçda əsas heyətdə yeddi yox, altı legioner oynayacaq, digər beş futbolçu isə yerli olmalıdı. Onlardan ikisinin yaşı 21-i keçməməlidi.
Qeyd edək ki, hazırda legioner limiti 7+3-1-di. Belə ki, əsas heyətdə 7 əcnəbi meydana çıxa bilər. 4 yerli futbolçudan biri isə 21 yaşından aşağı olmalıdı.