15:55 06.03.2015 705

AFFA-nın Hesabat Konfransı: nələr baş verdi?

Bu gün “Park İnn” otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti Hesabat Konfransı keçirilib.


Konfrans Avro-2020-nin final mərhələsinin oyunlarına Bakı şəhərinin ev sahibi kimi namizədliyinin irəli sürülməsi ilə bağlı AFFA-nın sifarişi əsasında hazırlanmış videoçarxın nümayişi ilə başlayıb. Sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev UEFA-nın İcraiyyə Komitəsinin üzvü Karen Espelundu, Konfrans nümayəndələrini, qonaqları və mətbuat nümayəndələrini salamlayıb. Hesabat dövrü ərzində ölkə futbolunun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə qısa məlumat verən R.Abdullayev görülən işlərin müsbət nəticələr verməkdə olduğunu bildirib.


Ardınca mandat komissiyasının sədri Mahmud Sadıqov məruzə edərək 35 nümayəndənin 31 nəfərinin Konfransda iştirak etdiyini və Konfransın səlahiyyətli olduğunu bildirib. Səsvermələrin nəticəsini hesablamaq üçün tərkibi Kamil Rəhimov, Zaur Axundov və Sakin Məmmədzadədən ibarət Say komissiyası seçilib.


Baş katib Elxan Məmmədov çıxış edərək Hesabat dövrü ərzində Azərbaycan futbolunda yaşanmış müsbət və mənfi məqamları vurğulayıb, ətraflı məruzə edib. Baş katib bildirib ki, AFFA-nın hesabat dövrü ərzindəki fəaliyyəti haqqında videoçarx hazırlanıb. Hesabat xarakterli videoçarxın nümayişindən sonra Elxan Məmmədov məlumat verib ki, hər bir Konfrans iştirakçısının qovluğunda AFFA tərəfindən hazırlanmış hesabat jurnalı, eyni zamanda videoxülasənin DVD-si var. Sonra söz AFFA-nın baş mühasibi Xalid Cavadova verilib. Baş mühasib 2014-cü ilin maliyyə hesabatını təqdim edib (maliyyə hesabatı saytımızda yerləşdiriləcək). Ardınca müstəqil audit təşkilatının nümayəndəsi Babək Məmmədovun hesabatı dinlənilib.


AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov çıxış edərək komitənin fəaliyyəti barədə məlumat verib.

Sonra Konfransın fəxri qonağı, UEFA-nın İcraiyyə Komitəsinin üzvü Karen Espelund çıxış edərək Konfransın işinə və Azərbaycan futboluna uğurlar arzulayıb. K.Espelund çıxışında Premyer Liqa klublarının nəzdində qadın komandalarının olmasının zəruriliyini, danışılmış oyunların olmaması üçün müvafiq sərt tədbirlərin görülməsinin  vacibliyini xüsusi qeyd edib, UEFA-nın hər zaman bu məsələlərə həssas yanaşdığını deyib.


Ölkə futbolunda ortaya çıxa biləcək mübahisəli məsələlərin baxılması məqsədilə yeni komitənin – Apellyasiya və Arbitraj Komitəsinin yaradılması səsə qoyulub və yekdilliklə qəbul olunub.


Elxan Məmmədov bildirib ki, AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq Peşəkar Futbol Liqası İcraiyyə Komitəsində 4 üzvlə təmsil olunmalıdır və İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar hazırda PFL İcraiyyə Komitəsində 3 üzvlə təmsil olunur. Bununla bağlı, Peşəkar Futbol Liqası tərəfindən Məşqçilər Komitəsinin sədri vəzifəsində çalışan Vaqif Sadıqovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb. Vaqif Sadıqovun İK-ya namizədliyi Peşəkar Futbol Liqasına “Sumqayıt” Futbol Klubundan verilib. Nizamnamənin eyni maddəsinə əsasən, İctimai Futbol Təşklatları İctimai Birliyi İcraiyyə Komitəsində 2 üzvlə təmsil olunmalıdır. İcraiyyə Komitəsinin üzvü Elmar Qasımov AFFA rəhbərliyinə ərizə ilə müraciət edərək işlərinin çoxluğu səbəbindən İcraiyyə Komitəsinin üzvlüyündən azad olunmasını xahiş edib. Bununla bağlı, İctimai Futbol Təşklatları İctimai Birliyi tərəfindən təhsil nazirinin müavini Firudin Qurbanovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb.   Firudin Qurbanovun İK-ya namizədliyi İctimai Futbol Təşklatları İctimai Birliyinə Futbol Hakimləri Birliyindən verilib.


Vakant yerlərin hər birinə yalnız bir namizəd olduğu üçün açıq səsvermə keçirilib. Vaqif Sadıqov və Firudin Qurbanov AFFA-nın İcraiyyə Komitəsinin üzvü seçilib.


Respublika Prezidenti cənab İlham Əliyevin 10 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icra müddətinin başa çatması ilə əlaqədar AFFA tərəfindən hazırlanmış hesabat kitabı futbol ictimaiyyətinə və hökumət nümayəndələrinə təqdim olunub.


Konfrans başa çatdıqdan dərhal sonra İcraiyyə Komitəsinin iclası, ardınca isə AFFA-nın prezidenti Rövnəq Abdullayevin mətbuat konfransı keçirilib.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.
X