Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Premyer Liqanın XXV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Bakı" ilə oyunda rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan AZAL-ın futbolçusu Rəşad Abdullayev 3 oyun cəzalandırılıb, klubu 2000 manat cərimə olunub. İdmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan "Bakı"nın üzvü Jaba isə 1 oyunu buraхacaq, klubu 200 manat cərimə ödəyəcək.
"Qəbələ" "Sumqayıt"la oyunda 5, "Neftçi" "İnter"lə, "Xəzər Lənkəran" "Qarabağ"la görüşdə 4 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimələnib.
"Qəbələ" və "Neftçi" əvəzedici komandalarına görə də ziyana düşüb. "Qəbələ"nin "Sumqayıt"la oyunda 4, "Neftçi"nin "İnter"lə matçda 5 futbolçusu sarı vərəqə alıb. Hər iki klub 500 manat cərimə edilib.
Fanat.az