Qurban Qurbanov "Bakı" ilə oyunla (4:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi yenə rəqibi tərifləyib:
"Çox qol izlədik. “Bakı” sona qədər mübarizə aparacağını demişdi. Biz ilk hissədə bunu hiss etdik. Qapımızda gözlənilməz qol gördük. “Bakı” istəkli komandadı. Sadəcə, düşünürəm ki, bəzi oyunçuların usatlıq səviyyəsi yetərincə deyil. Mərhələnin hər iki oyununda qalib gəldik. İndi kuboku unudub, “Sumqayıt”la çempionat oyununa ciddi hazırlaşmalıyıq. Öz növbəmdə “Bakı”nın gənc heyətinə uğurlar arzu edirəm”.//pfl.az
Fanat.az