"Qalatasaray"ın "Daddy Cool" ləqəbli köhnə oyunçularından Harry Kewell futbol həyatına öz ölkəsində yenidən başlayacaq.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, "Melbourne Victory"də bir mövsüm forma geyən təcrübəli ulduz geridə buraxdığımız mövsümdə Qətər Liqası komandalarından "Al-Gharafa"da yalnız üç matç forma geyindikdən sonra futbola bir müddət ara vermişdi.
34 yaşlı ulduz oyunçu Avstraliya A Liqası komandalarından "Melbourne Heart" komandası ilə 2013-2014 mövsümü üçün hər mövzuda razılaşıb. Ulduz oyunçu imzalayacağı müqaviləyə görə isə yalnız 48 min dollar alacaq.
İdman24.az