İbrahim Uzunca "Simurq"la oyunla (0:3) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Bakı”nın baş məşqçisi hakimlikdən narazılıq edib:
“Bu gün yenə buraxılan erkən qol ucbatından məğlub olduq. İkinci hissədə isə komandam yaxşı futbol sərgiləməyə başlasa da, yetərli olmadı. Hakimlər barədə heç nə danışmaq istəmirəm. Əslində, bundan öncə də hakimlər barədə pis danışmırdım. Sadəcə, dediklərimin xeyri yoxdu. Mən hakimləri öz bildikləri ilə baş-başa buraxıram. Sadəcə, istədiyim bir məsələ var ki, düzgün qərar versinlər. Mən isə öz növbəmdə futbolçularıma təşəkkür edirəm. Bu gün 0:3 hesabı ilə məğlub olmaya da bilərdik. Amma gənc futbolçulardı, belə xətalar mümkündü. Bütün bunlara rəğmən, mən gənclərin Azərbaycan futbolunda iz buraxacağına ümid edirəm”.//pfl.az
Fanat.az