14:08 19.03.2015 618

Bir istefanın fəsadları

Topaz Premyer Liqasının növbəti mövsüm hansı rəngi alacağı, növbəti Avrokubok mövsümündə klublarımızın necə çıxış edəcəyi barədə indidən bədbin proqnozlar vermək olar. Cari mövsüm "Araz Naxçıvan"ın tarixin yaddaşına köçməsi, "Bakı"nın maliyyə sıxıntıları yaşaması, "Xəzər Lənkəran"ın çempionatın 2-ci hissəsində medallar uğrunda mübarizədən imtina etməsi çempionatımızın səviyyəsinin aşağı düşməsini şərtləndirdi. Ancaq bütün bunları kölgədə qoyan hadisəni də yaşadıq. Dünən gecə saatlarında Cahangir Hacıyevin Beynəlxalq Bankın sədri vəzifəsindən ayrılması "aydın səmada şimşək" effekti verdi.


Söhbət Hacıyevin bank və ya AFFA-dakı fəaliyyətindən getmir. "İnter"ə kimin sahib çıxacağı, bundan sonra klubun hansı hədəflər uğrunda mübarizə aparacağı suallarına cavab tapmaq mümkün deyil. Ancaq fakt faktlığında qalır ki, klub sahibi dəyişdikdə, yaxın perspektivdə müsbət nəticələr əldə etmək olmur. "İnter" böyük ölçüdə Avropa Liqasında iştirakını təmin edib. Nəzərə alsaq ki, Premyer Liqa başa çatdıqdan sonra baş məşqçi Kaxaber Tsxadadze də komandadan ayrılacaq, "İnter"in Avrokubok "fatəhə"sini indidən verə bilərik.


Daha bir xoşagəlməz məqam "Simurq"la bağlıdı. Zaqatala təmsilçisi cari mövsümdə Avropa Liqasında iştirak uğrunda iki cəbhədə mübarizə aparır. Lakin Cahangir Hacıyevin məlum istefasından sonra klubun nəinki avrokubok perspektivi, hətta mövcudluğu sual altına düşüb. Komanda yaşasa belə, Anar Bəkirovun vəzifəsində qalacağı inandırıcı deyil. Beynəlxalq Bankın da iki kluba himayədarlıq edəcəyi real görünmür. Çünki belə bir plan olsaydı, çətin ki, AFFA-nın baş katibi Elxan Məmmədov Türkiyədə verdiyi məlum açıqlamada "İnter" - "Simurq" qardaşlığından bəhs edərdi. Əlbəttə, "Simurq" fəaliyyətini davam etdirə bilər. Ancaq inidki kalibrdə yox, daha məhdud büdcəylə və tam fərqli rəhbərliklə.


Yuxarıda qeyd etdiyimiz klubları da "İnter" və "Simurq" siyahısına əlavə etsək, heç də ürəkaçan mənzərənin şahidi olmuruq. Ancaq Premyer Liqada bu həcmdə islahatlar baş verəcəksə, deməli, yeni iddialı klubların ortaya çıxması versiyasını irəli sürə bilərik. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, bu sırada bir komandanın adı məlumdu. Söhbət 1-ci divizonda mübarizə aparan "Zirə"dən gedir. Bu klubun növbəti mövsümdən etibarən Premyer Liqada iştirak edəcəyi belə istisna deyil. Başqa klubların da ortaya çıxacağı mümkün versiyalar sırasındadı. Lakin bir şeyi indidən əminliklə söyləmək olar: növbəti mövsüm tam fərqli rüzgarlar əsəcək.



Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2025
18:46

"Hayduk" güclü rəqibdir, amma..." - "Zirə"nin yarımmüdafiəçisi

18:11

Madrid nəhəngi italiyalı oyunçunun keçidini elan etdi

17:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:33

"Qarabağ" Maksim Medvedevin təyinatını açıqladı

17:15

Braziliya millisinin hücumçusu İngiltərə nəhəngində - RƏSMİ

16:47

Rafael Utziq "Zirə"yə qayıtdımı?

16:29

İmmobile "Beşiktaş"dan ayrıldı

16:11

"Bizi dəstəkləyən hər kəsi sevindirə biləcəyimizə inanıram" - Elvin Camalov

15:53

"Zirə" toqolu vingerlə uzunmüddətli müqavilə imzaladı

15:35

"Kəpəz" yalnız bir futbolçunu saxlamaq istəyib

15:16

"Liverpul"un futbolçusu Almaniya klubuna keçdi - RƏSMİ

14:58

Tapşırıq gəldi, "Neftçi" 200 nəfəri işə cəlb etdi

14:40

"Sabah"ın rəqibi yeni yarımmüdafiəçi transfer etdi

14:21

"Şamaxı"dan 2 məşqçi getdi - Biri "Mingəçevir"ə, o biri...

14:02

Dyökereş İngiltərə nəhəngi ilə 5 illik müqavilə bağlayacaq - SON DURUM

13:44

Əzizov əsas komandada, "Neftçi" bosniyalını gözləyir

13:28

"Mahir Bundesliqanın orta səviyyəli komandalarında da oynaya bilər" - Xaqani Məmmədov

13:10

Əfsanəvi forvardın Avroliqada çıxış edəcək kluba keçidi rəsmiləşdi

12:53

Namik Ələsgərov Türkiyəyə qayıda bilər - AÇIQLAMA

12:34

"Neftçi" İqor Ribeyro ilə müqavilə bağladı - RƏSMİ

12:11

"Səbail" futbolçusunu "Şamaxı"ya buraxmadı

11:51

Azərbaycan parateakvondoçuları Cənubi Koreyaya yollandılar

11:33

"Araz-Naxçıvan"ın rəqibi xorvat oyunçu ilə gücləndi

11:14

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:58

Azərbaycanın 2 boksçusu Dünya Kubokunun 1/4 finalına yüksəldi

10:42

"Kəpəz" hazırlığa əvəzedici komandanın üzvləri ilə başladı - AÇIQLAMA

10:24

Yeni klubu Lyakazettin keçidini açıqladı

09:45

Klublararası dünya çempionatı: 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşdi

09:23

Kamal Quliyev aşağı liqaya düşən kluba baş məşqçi təyin olundu

09:00

"Borussiya Dortmund" meksikalıları məğlub edib "Real"a rəqib oldu

01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

Facebookdan bizi izləməyi unutmayın.
X