AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri əvəzedicilərin çemionatının XXVI, I divizionun XIX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
* Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVI turunun “İnter” - “Qəbələ” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
* Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVI turunun “Bakı” - “Simurq” matçında “Simurq” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
- Oyunun 78-ci dəqiqəsində “Bakı” klubunun futbolçusu Salman Altuxanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.
* I Divizionun XIX turunun “Neftçala” – “Ağsu” matçında “Ağsu” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
* I Divizionun XIX turunun “Şahdağ” - “Kəpəz” matçında “Şahdağ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
I Divizionun XIX turunun “Rəvan” – “Bakılı” matçının 78-ci dəqiqəsində “Bakılı” klubunun futbolçusu Nahid Mehrəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur.
I divizionun XIX turunun “Turan-Tovuz” - “Şəmkir” matçında “Turan-Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
- Oyunun 68-ci dəqiqəsində “Şəmkir” klubunun futbolçusu Orxan Müzəffərli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
- Oyun başa çatdıqdan sonra “Şəmkir” klubunun həkimi Abdulla Sadıqov geniş kütlə qarşısında hakimlər briqadasın təhqir etdiyinə görə 10 oyun cəzalanır, klub 2000 manat cərimə olunur.
Fanat.az