"Borussiya Dortmund"un baş məşqçisi Yurgen Klopp komandanın hücumçusu Robert Lewandowski üçün rəsmi bir transfer təklifi gəlmədiyini açıqladı.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, Klopp söz-söhbətlərin gülünc olduğunu bildirib. Lewandowskinin müqaviləsinin 2014-cü ilə qədər olduğunu xatırladan məşqçi oyunçunun başqa bir kluba transfer olması vəziyyətinə də hazırlıq olduğunu dilə gətirib.
Bundesliqada bu mövsüm 24 qol vuran və Çempionlar Liqasında oynadığı futbol ilə diqqəti çəkən Lewandowskini transfer etmək üçün başda "Bayern Münih" olmaqla Avropanın bəzi klublarının çalışdığı bildirilir.
İdman24.az