Türkiyədə təlim-məşq toplanışında olan “Neftçala” dünən ilk yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Bəhram Şahquliyevin rəhbərlik etdiyi komanda Səudiyyə Ərəbistanının “Najran” klubu ilə qarşılaşıb.
Oyun ərəblərin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Neftçala” sabah ikinci oyununu keçirəcək və Türkiyənin “Göztepe” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, “Najran”da eyni zamanda azərbaycanlı məşqçi Faiq Əzizov da fəaliyyət göstərir.