AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri I divizionun XXI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Rəvan"la oyunun 5-ci dəqiqəsində "Energetik"in futbolçusu Emin Abbasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. AFFA onu 4 oyunluq cəzalandırıb, klubu 400 manat cərimə edib.
"Göyəzən"lə oyunun 76-cı dəqiqəsində "Şahdağ"ın futbolçusu Şıxqayıb Şıxqayıbov, "Şuşa Qarabağ"la görüşün 79-cu dəqiqəsində “Turan-Tovuz”un oyunçusu Emin Mirzəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Hər iki futbolçu 1 oyun cəzalandırılıb, klubları 20 manat cərimələnib.
"Şuşa Qarabağ" isə 6 futbolçusu sarı vərəqə aldığından 100 manat cərimə edilib.
Fanat.az