“Xəzər Lənkəran”ın ardınca “Neftçi” də hakimlikdən narazılığını bildirib. Fanat.az xəbər verir ki, paytaxt klubu rəsmi saytı vasitəsi ilə “Simurq”la matçın baş hakimi Əliyar Ağayevin səhvlərini yayımlayıb:
1. Rəqib futbolçu Flavinyoya qarşı qəsdən kobudluq etsə də, baş hakim Əliyar Ağayev tərəfindən cəzalandırılmır.
2. Baş hakim bu epizodda Bahodir Nasimovun qaydanı pozduğunu bildirirərək “Simurq”un xeyrinə cərimə zərbəsi təyin edir.
3. Əliyar Ağayev Elvin Yunuszadənin hərəkətini son ümid folu kimi qiymətləndirərək ona qırmızı vərəqə göstərir.
4. Rəqib futbolçu “Neftçi”nin təhlükəli hücumunun qarşısını əli ilə kəssə də, hakim sarı vərəqə göstərmir.
5. “Simurq”un futbolçusu Rəşad Sadiqovun qarşısını aşkar kobudluqla alır. Qayda pozuntusunu qeydə alan Əliyar Ağayev bu dəfə də sarı vərəqə göstərmir.
neftchipfk.com