11:07 07.04.2015 714

Çingiz Abdullayev: "Mən qadınların xoşuna gəlmirəm"

Bu gün Azərbaycanın Xalq yazıçısı, “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin doğum günüdür. Detektiv janrında yazdığı kitabları ilə dünyanın dörd bir yanında tanınan yazıçı 56 yaşını qeyd edir. Yaşının üstünə yaş gələn yazıçı doğum günü təəssüratlarını azvision.az-la bölüşüb. Fanat.az müsahibəni təqdim edir.


- Bir yazıçı üçün 56 yaş nə deməkdir? Hazırda ömrünüzün hansı mərhələsindəsiniz?

- Bu gün 56 yaşıma qədəm qoymuram. Hələ 40-50 il də yaşamaq istəyirəm. Həyatımda tez-tez dəyişikliklər baş verir. Son 6 gündə razılığımla məni “Neftçi”nin Müşahidə Şurasının sədri seçiblər. İndi bu klubun işləri ilə məşğul oluram. Çox sevinirəm ki, mən şəhərim, xalqım və sevimli kubum üçün bir köməklik edə bilərəm. Mənə edilən bu etibara görə çox sevinirəm. İstəyirəm ki, bu etibarı doğruldum. Bu yaş yazıçı üçün ömrün ən gözəl vaxtıdır. 56 yaş! Yəni sən hələ müdriksən, hər şeyi dərk eləyirsən. Digər tərəfdən bu yaşda cavanlıqda edilən axmaqlıqlar olmur. 50 yaşdan sonra adam bir az sakitləşir. İnanıram ki, hələ ən gözəl kitablarımı da bundan sonra yazacağam. 


- Çingiz Abdullayevin oxucuya deyə bilmədiyi hansısa sözləri qalıbmı?

- Ürəyimdə demədiyim heç nə qalmayıb. Nəyi fikirləşirəm onu da deyirəm. Heç vaxt mövqeyimi dəyişməmişəm. Dəyişən də deyiləm. Bu yaşımda da nəyi fikirləşirəmsə, onu da yazıram. Heç vaxt yolumdan da dönməmişəm. Həmişə ürəyimdəki sözləri açıq-aşkar demişəm. Heç kəsdən də çəkinməmişəm. Bəlkə də bu mənim ən böyük uğurumdur. Mənim bu mövqeyimə inandıqlarına görə milyonlarla oxucu bu gün əsərlərimi oxuyur.


- Çingiz Abdullayev bu gün tanınmış yazıçı kimi özünü hansı rolda görür? Yazıçı, yoxsa ictimai xadim?

- Mən istəyirəm ki, ailəm xoşbəxt olsun. Əgər bu gün mən Allahla görüşsəydim, ona bir söz deyərdim: Çox sağ ol. Daha heç nə deməzdim. Qurban olum Allaha. Ondan heç nə istəmirəm. Yeganə bir istəyim var ki, uşaqlarım, həyat yoldaşım sağ salamat olsun. Bundan başqa heç nə istəmirəm. Allah mənə nə veribsə, ona da min şükür! 


- “Əclafların Qanunu” romanını yazanda xeyli gənc idiniz. İndi yaşa dolmusunuz. Əcalafların qanunu yenə də işləyirmi?

- "Əclafların qanun"ları hələ də işləyir. Təəssüflər olsun ki, əclaflar hələ çoxdur. Ona görə də onların qanunları işləyir. Pul hər şeydən üstündür. Əclafların sayı azalmır. Daha da çoxalır. Onlar həmişə olub, indi də var. 


- Siz yaşa dolduqca Dronqo da qocalırmı? Onu təqaüdə göndərmək istəmirsinizmi?

- Dronqo 50 yaşa qədər mənimlə birlikdə qocalırdı. Sonra mən onu qocalmağa qoymadım. İndi qocalıram, o isə cavan qalır. Mən indi 3 il yaşayıram. O isə bir il yaşayır. Ona görə də onu lap qocalda bilmərəm. İndi o qadınların xoşuna gəlir. Mən isə xoşlarına gəlmirəm. Yavaş-yavaş keçəlləşmiş, ağıllanmış və qocalmışam. Həm də onu heç yerə göndərməyəcəm. O belə də qalacaq. 


- Siz mərhum prezident Heydər Əliyev, Eduard Şevarnadzenin və digər siyasətçilərin obrazını yaratmısınız. Prezident İlham Əliyevin də obrazını yaratmaq fikriniz varmı?

- Bu çox maraqlı sualdır. Onun üzərində fikirləşərəm. İlham Əliyevi çox yaxşı tanıyıram. Onu hələ prezident olmamışdan öncədən tanıyırdım. Atasından yazmışam. Görünür vaxt tapıb oğlundan da yazmalıyam.


- Siz bakılısınız. Bütün bakılılar isə həmişə “Neftçi” klubuna azarkeşlik ediblər. Siz gəncikən bu kluba azarkeşlik etmisinizmi? Yaxud nə vaxtsa ağlınıza gələrdimi ki, bu klubun başında dayanacaqsınız?

- Mən gənclik illərimdən “Neftçi"yə azarkeşlik etmişəm. Həmişə onu sevmişəm. Anam da bakılıdır. Atam isə Qarabağlıdır. Mən danışanda da bakılı olduğum hiss olunur. Həmişə bakı ləhcisi ilə danışıram. Həmişə fəxr etmişəm ki, Bakıda böyümüşəm və indi “Neftçi” klubunun rəhbəriyəm. Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa “Neftçi” klubunun başçısı olacağam. Azərbaycanın Xalq yazıçısı olacağım heç ağlıma da gəlməzdi. Düşünməzdim ki, heç vaxt belə bir böyük səviyyəyə qalaxa bilərəm. 


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

20 phrase_var_core.june 2025
01:00

Klublararası dünya çempionatı: Messi "İnter Mayami"yə qələbə qazandırdı

19 phrase_var_core.june 2025
23:54

Azərbaycan gimnastı dünya çempionatında finala yüksəldi

23:28

"Palmeyras" "Əl Əhli"ni məğlub etdi

23:05

"Yuventus" bunu 22 il sonra bacardı

22:09

Azərbaycan yığması dünya çempionatını 3 medalla başa vurdu

21:50

"Araz-Naxçıvan"ın rəqibi "Gent"in oyunçusunu transfer etdi

21:20

"Yuventus"un futbolçusu Trampla görüşündən danışdı - "Başqa seçimim yox idi"

20:49

Millimiz Moldova yığmasına qalib gəldi

20:16

Azərbaycan millisi "Airom Cup"-a inamlı qələbə ilə başladı

19:51

Ukrayna futbolunun əfsanəsi insult keçirdi

19:18

"Barselona" 7 futbolçusunu satmağa qərar verdi - ADLAR

18:55

"Sabah"ın rəqibi bombardirini satdı

17:48

"Sabah": 3 oyun, 3 darmadağın

17:30

Azərbaycan cüdoçusu "bürünc" uğrunda yarışacaq

17:11

AFFA-dan "Şamaxı"nın məşqçisi ilə bağlı yeni qərar

16:53

"Səhv etməyə haqqımız yoxdur" - Qattuzo milludə nəyi dəyişmək istəyir?

16:34

Avrokubok perspektivi - Klublarımızdan nə gözləyək?

16:15

"Bu kluba həyatımı da verməyə hazıram"

15:57

"Bir qədər məyusam, çünki..." - Trent Aleksander-Arnold

15:22

MY dünya çempionunu bu qiymətə ala bilər

15:04

Azərbaycan millisinin Ukrayna ilə səfər oyununun yeri bilindi

14:45

Hakan Çalhanoğlu "Qalatasaray"da? - Klub prezidenti açıqladı

14:26

Riera "Sabah"la bağlı danışdı

14:08

"Araz-Naxçıvan" braziliyalı müdafiəçi ilə anlaşdı

13:50

La Liqa klubu milli üzvünün keçidini reallaşdırdı

13:32

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib - FOTOLAR

13:14

"Yuventus"un baș məşqçisi darmadağını belə şərh etdi

12:55

Ehtiram Quliyev alman mütəxəssislə görüşdü

12:36

Xabi Alonso "Real Madrid"dən narazı qalıb - "Gördüklərim xoşuma gəlmədi"

12:17

Ərəblər Leaunu "Bayern Münhen"in əlindən alır - Danışıqlar başladı

11:58

Azərbaycan millisi Farer adalarına yollandı

11:40

Vüqar Nadirov "Şəmkir"dən getdi

11:21

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:02

"Zirə"nin rəqibində 3 yeni müqavilə: Ötən yay Bakıya gələn futbolçu ilə anlaşdılar

10:43

Klublararası dünya çempionatında 2-ci tur başlayır - Messi ilk qələbəyə sevinə biləcək?

10:23

Kresponun yeni iş yeri bilindi

09:46

Dünya çempionatı: Azərbaycanın son cüdoçusu mübarizəyə başlayır

09:24

Runi məşqçilik karyerasını dayandırdı - Özü açıqladı

09:00

"Yuventus" ABŞ-də coşdu

01:08

Klublararası dünya çempionatı: "Real Madrid" "Əl-Hilal"la bacarmadı

phrase_var_core.fb
X