Topaz Premyer Liqasının XXIX turunda “Qarabağ” AZAL-ı 2:1 hesabı ilə yenib. Matçdan sonra baş məşqçilər fikirlərini bildirib:
Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “İlk növbədə “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Ardıcıl 3 oyundur ki, məğlub oluruq. Çətindir. Oyunçu problemimiz var. Viktor İqbekoyi və Aleksandr Şemonayev zədəlidir. Buna baxmayaraq, komanda nəsə etmək istəyirdi. Amma yenə də uduzduq. Məncə, 4-cü yer artıq bizim üçün əlçatmazdır. Bütün bu çətinliklərə baxmayaraq, mübarizə aparmaq lazımdır”.
Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi):”Vacib 3 xal qazandıq. Futbolçularda yorğunluq var. Buna rəğmən yaxşı oynadılar. Bilirdik ki, AZAL bizimlə oyuna yaxşı hazırlaşacaq. Ona görə də həım ehtiyat edirdik, həm də ciddi hazırlaşırdıq. Bu gün biz qalib gəldik. Öz növbəmdə Tərlan Əhmədova və komandasına uğurlar arzu edirəm. Biz hazırda sıx qrafikdə oynayırıq. Çalışırıq ki, problemləri hiss etdirməyək”. //pfl.az
Fanat.az