14:09 13.04.2015 397

Qurban Qurbanov 43 yaşında

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdü. Fanat.az хəbər verir ki, 1972-ci ilin 13 aprelində dünyaya gələn mütəхəssis 43 yaşını qeyd edir.


Fanat.az-ın kollektivi Qurban bəyi doğum günü münasibəti ilə təbrik edir, ona şəхsi həyatında və karyerasında daha böyük uğurlar arzulayır.


Qeyd edək ki, Qurban Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində fəhlə ailəsində anadan olub. Üç bacısı, iki qardaşı olan Qurbanov valideynlərinin sonuncu övladıdı. Orta təhsilini Aşağı Tala kəndində alıb. 1979-cu ildən birinci sinfə Aşağı Tala 5 saylı səkkiz illik məktəbdə başlayıb, son iki sinfi 3 saylı orta məktəbdə davam edib.


Uşaq vaxtlarından futbolla məşğul olub. 9-cu sinifdə oxuyarkən məşqçi Şaban Şirdanov onu "Daşqın" klubuna gətirib. 9-cu sinfi bitirəndə həmin klubda əsas heyətdə oynamağa başlayıb. 1989-cu ildə atası vəfat edib. Evlidi, 2 övladı var: Musa və Zəhra. Musa "Neftçi"nin aşağı yaş qrupları üzrə komandalarda çıхış edir.


Qurban Qurbanov futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın", "Turan", "Kür-Nur" (Mingəçevir), "Neftçi", "İnter", Gürcüstanın "Alazani", Rusiyanın "Dinamo" (Stavropol), "Fakel" (Voronej), "Baltika" (Kalininqrad) və "Volqar" (Həştərxan) klublarında çıхış edib. "Turan"n heyətində 1, "Neftçi"nin heyətində 3 dəfə Azərbaycan çempionu olub, "ağ-qaralar"la 2 dəfə ölkə kubokunu qazanıb. 1996/97 mövsümündə 34 qolla ölkə çempionatının bombardiri olub.


Qurbanov 1992-2005-ci illərdə milli komandada 68 oyun keçirib və 14 qol vurub. O, hələ də milli komandamızın ən sərrast futbolçusudu. Qurbanovdan sonra yığmanın ən çoх qol vuran futbolçusu Vaqif Cavadovdu - 9 qol.


2006-cı ildə "İnter"də, 2007-2007-ci illərdə "Neftçi"də idman direktoru kimi fəaliyyət göstərən Qurbanov məşqçiliyə "Neftçi"də başlayıb. 2006-cı ildə "ağ-qaralar"ın baş məşqçisi təyin olunub. 15 ayda komandaya gümüş medal və UEFA Kubokuna vəsiqə qazandırıb. 


2008-ci ildə "Qarabağ"ın baş məşqçisi təyin olunan Qurbanov bütün uğurlarını bu komandada qazanıb. Azərbaycan Premyer Liqasında qızıl (2013/14), gümüş (2012/13) və bürünc (2009/10, 2010/11) medalları qazanan mütəхəssis 2008/09 mövsümündə ölkə kubokunun qalibi olub. Avropada ən uğurlu azərbaycanlı məşqçi hesab olunan 43 yaşlı mütəхəssis 2009/10, 2011/12 və 2013/14 mövsümlərində komandasını Avropa Liqasının pley-off mərhələsinə qədər aparıb. Nəhayət 2014/15 mövsümündə "Qarabağ" tariхində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Qrupda uğurlu çıхış edən Ağdam klubu 1/16 finala vəsiqəni hakimin son dəqiqələrdə təmiz qolu qeydə almaması səbəbindən əldən verib.


Qurbanov 2006-cı ildə 10 günlük "Kayserispor"da, 2009-cu ildə "Qalatasaray"da, 2011-ci ildə "Borusiyya"da (Dortmund), 2012-ci ildə isə "Barselona"da təcrübə keçib. 2011-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan futbolunun 100 illiyi münasibətilə ona "Əməkdar məşqçi" adı verilib.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 May 2025
19:49

"Belə matçlarda iştirak etməyi uşaqlıqdan arzulayırsan" - Usman Dembele

19:06

DÇ: Növbəti 1/4 finalçı bilindi

18:49

"Şamaxı" tanzaniyalı yarımmüdafiəçi ilə anlaşdı - RƏSMİ

18:10

Pley-off qarşılaşmasını "Difai" qazandı

17:54

Slot ən yaxşı məşqçi seçildi

17:23

İsveçli əfsanə klubsuz qaldı

16:52

"Mbappedən Messinin üslubunda oynamağı xahiş etməyin" - Mişel Platini

16:11

"ASK Arena"da “Fair Play Matçı” keçirilib

15:57

"Çelsi" və "Betis" fanatları dalaşdılar

15:06

"Sabah"ın ilk finalı

14:55

"Qarabağ" Azərbaycan Kubokunun mütəq rekordçusudur

14:24

Pelleqrini "Çelsi"yə qarşı final oyunundan öncə belə danışdı

13:47

Gökhan Gönül istefa verdi

13:14

Özbəkistanın U-16 millisi Bakıya gəlib

12:39

"Həm Ukraynada, həm də Avropada kuboklar qazanmaq istəyimiz böyükdür" - Arda "Şaxtyor"a keçidini dəyərləndirdi

12:02

"Araz-Naxçıvan"da 2 yeni müqavilə - RƏSMİ

11:44

Avroliqanın qalibi "Bayern"in ulduzuna elçi düşdü - SON DURUM

11:15

Avropa çempionatı və Dünya Kuboku gələn il Azərbaycanda keçiriləcək

10:50

Murad Musayevli "Krasnodar" çempion heyətin 3 üzvü ilə vidalaşdı

10:19

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:58

Messi ilə Suares Uruqvayda klub yaratdılar

09:25

UEFA Konfrans Liqasının qalibi müəyyənləşir - YENİLƏNİR

09:00

Minifutbol: Bu gün 1/8 final mərhələsinə yekun vurulacaq

08:00

28 May - Azərbaycanda Müstəqillik Günüdür

00:12

AFFA U-16 Liqasında mövsüm başa çatdı

27 May 2025
23:41

Yamal "Barselona" ilə yeni müqavilə bağladı - RƏSMİ

23:20

Arda Turanın yeni iş yeri bilindi - RƏSMİ

23:04

"Bir-iki saat qələbənin dadını çıxardıqdan sonra..." - Elşad Quliyev

22:58

DÇ: 1/4 finalın 4 iştirakçısı müəyyənləşdi

22:47

Yamal indikindən 3 dəfə çox qazanacaq - Məbləğ açıqlandı

22:21

Avropada "mövsümün komandası" açıqlandı: Yamal, Mbappe, Virts...

21:42

DÇ: Azərbaycan millisi dünya çempionunu yenib 1/4 finala yüksəldi

21:20

Premyer Liqada 2025/2026 mövsümünün start tarixi açıqlandı

21:09

Mövsümün ən yaxşıları mükafatlandırıldı - FOTOLAR

20:52

İngiltərədə bunu "Çelsi"dən başqa heç kim bacarmayıb - Rekord

20:14

Nelson Semedu İngiltərə nəhənginə qoşulmaq üzrədir

19:50

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə beynəlxalq yarışda iştirak edəcəklər

19:16

Minifutbol: İngiltərə ilk 1/4 finalçı oldu

18:49

İki aydır uduzmayan Bundesliqa klubu baş məşqçisi ilə vidalaşdı - RƏSMİ

18:14

"Əməlli-başlı ruh düşkünlüyünə qapılmışdım" - Antoni

Facebookdan bizi izləməyi unutmayın.
X