AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri I divizionun XXIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
* “Şahdağ” - “Şuşa-Qarabağ” matçında “Şuşa-Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur .
- Oyunun 79-cu dəqiqəsində “Şuşa-Qarabağ” klubunun futbolçusu Kirstoper Nkanşah idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
* “Qaradağ Lökbatan” - “Turan Tovuz” matçının 83-cü dəqiqəsində “Turan Tovuz” klubunun futbolçusu Emin Mirzəliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
* “Şəmkir” - “Rəvan” matçında “Şəmkir” və “Rəvan” klublarının 5 futbolçularının sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur.
- Oyunun 76-cı dəqiqəsində “Rəvan” klubunun futbolçusu Aslan Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
- Oyunun 81-ci dəqiqəsində “Rəvan” klubunun futbolçusu Aydın Bayramov azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
* “Bakılı” - “Göyəzən” matçının 78-ci dəqiqəsində “Bakılı” klubunun futbolçusu Rasim Daşdəmirov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur.
Fanat.az