Aqil Məmmədov AZAL-la oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi
"Birinci hissədə 3-4 qol epizodu yaratdıq. Amma istifadə edə bilmədik. AZAL-da isə epizod olmadı. Futbolda belə bir qanun var - qol vurmasan, qol buraxacaqsan. Mənə elə gəlir ki, özüm çıxıb oynamasam, qalib gəlməyəcəyik. Bu gün uduza da bilərdik. Başqa nə deyim? “Sumqayıt”a gələn oyunlarda uğurlar arzu edirəm. Sumqayıt şəhərində bəlkə də məndən çox komandanın qələbəsini istəyən yoxdu. Şəxsən mən istəyərdim ki, bu gün bir nəfər gəlsin bizi bu vəziyyətdən çıxarsın. Mənim indi belə bir halım yoxdu. “Sumqayıt” mənim üçün təkcə futbol komandası deyil. Sumqayıtda böyümüşəm, futbola başlamışam. Komandanın qələbə qazanmasını istəyirəm”.//pfl.az
Fanat.az