"Əlincə"nin U-15 komandasının futbolçusu Turan Vəlizadənin Türkiyə nəhəngi "Fənərbaxça”nın düşərgəsinə baxışa yollanması barədə xəbər vermişdik. U-15 millimizin də üzvü olan oyunçumuz bir neçə gündü ki, "sarı-lacivərdlilər"lə birgə məşqlərə də başlayıb.
Futbolçumuzun "Fənərbaxça"ya gedişi və oradakı aqibəti ilə bağlı onun meneceri Samir Zeynalov publika.az-a məlumat verib: "Turan keçən il "Beşiktaş"da yoxlanışda olmuşdu. Bu zaman "Fənərbaxça"nın üzvlərindən biri onu görüb bəyəndi və gəlməyini təklif etdi. Düzdü, Turana "Beşiktaş"dan da təklif var idi. Amma bəzi səbəblərə görə "Fənərbaxça"nı seçdik. Artıq Turan 4 gündü ki, "Fənərbaxça"da baxışdadı. Turanı məşqçilər də çox bəyənib. Özüm də görürəm ki, ondan güclüsü yoxdu o klubda. Hələ ki, baxılıb və bəyənilib, qalan məsələlər sonra bilinəcək. Güman ki, yaxın 2-3 günə dəqiq məlumat veriləcək".
Fanat.az