"Xəzər Lənkəran"ın U-19 komandasının məşqçisi Məhərrəm Bağırzadə cəzalandırılıb. Fanat.az хəbər verir ki, buna səbəb onun U-19 liqasının AZAL-la oyununun 44-cü dəqiqəsində texniki zona qaydalarını pozması olub.
AFFA İntizam Komitəsi Məhərrəm Bağırzadəni cəzasız qoymayıb. "Xəzər Lənkəran"ın məşqçisi bir oyunluq cəzalandırılıb.
U-17 liqasının “Vətən” - “Bakı” matçının 62-ci dəqiqəsində "Bakı"nın futbolçusu Emil Əliyev hakimlər briqadasın təhqir etdiyinə görə qırmızı vərəqə alıb. AFFA ona 4 oyunluq cəza verib.
U-16 liqasının "Qarabağ" - "Turan" matçının 17-ci dəqiqəsində isə "Turan"ın futbolçusu Məhərrəm Hacıyev rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alıb və 3 oyunluq cəzalandırılıb.
Fanat.az