Georgi Çixradze "Qarabağ"la oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Simurq"un baş məşqçisi bunları deyib:
"Kubok oyunları həmişə gərgin olur. Biz “Qarabağ”la iki çətin matç oynadıq. İlk oyunda 0:1 hesabı ilə məğlub olduq. Əgər ilk oyunda qol vura bilsəydik, bu gün daha rahat mübarizə apara bilərdik. İlk oyundakı hesab bizə açıq futbol sərgiləmək imkanı vermirdi. Düzdü, futbolçumuz topu qapıdan keçirdi. Amma həmin epizodla bağlı konkret danışmaq çətindi. Epizoda baxmaq lazımdı. İlk baxışdan, məncə, qola daha çox oxşayır. Lakin təkrar baxmaq lazımdı. “Qarabağ” komandasını isə finala adlaması münasibəti ilə təbrik edirəm”.//pfl.az
Fanat.az