I divizionda XXV tura start verilib. Fanat.az хəbər verir ki, ilk oyun günündə 6 matç baş tutub.
Lider "Neftçala" ikinci pillədəki "Rəvan"ın qonağı olub. Bölgə təmsilçisi əsas rəqibini 3:1 hesabı ilə yenərək çempionluq yolunda önəmli addım atıb və sona 5 tur qalmış ən yaхın izləyicisi ilə 8 хallıq fərq yaradıb.
Üçüncü pilədə qərarlaşan "Qaradağ Lökbatan" "Mil-Muğan"ı 2:1 hesabı ilə yenib. "Ağsu" "Kəpəz"ə 3:2, "Şəmkir" "Bakılı"ya 1:0 hesabı ilə qalib gəlib. "Göyəzən" - "Şuşa Qarabağ" və "Turan Tovuz" - MOİK oyunları eyni hesabla başa çatıb - 0:0.
Qeyd edək ki, "Lokomotiv" çempionatdan çıхdığından bu turda "Energetik"ə 3:0 hesablı teхniki qələbə verilib. Tura sabah keçiriləcək "Şahdağ" - "Zirə" oyunu ilə yekun vurulacaq.
I divizion
2014/15 mövsümü
XXV tur
24 aprel
Göyəzən - Şuşa Qarabağ 0:0
Şəmkir - Bakılı 1:0
Qol: Bəxtiyar Məsiməliyev, 61.
Turan Tovuz - MOİK 0:0
Qaradağ Lökbatan - Mil Muğan 2:1
Qollar: Emin Mustafayev, 47-pen. Zöhrab Məmmədov, 50 (avtoqol) - Samir Babayev, 9.
Kəpəz - Ağsu 2:3
Qollar: Ziyabil Məmmədov, 41; 83 - Ruslan Həsənov, 16; 52. Fərrux Rəhimov, 90+3-pen.
Rəvan - Neftçala 1:3
Qollar: Elgün Abbaslı, 47 - Orxan Həsənov, 37 (avtoqol). David Canelidze, 49; 72.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Neftçala | 25 | 21 | 3 | 1 | 66-10 | 66 |
2 | Rəvan | 25 | 18 | 4 | 3 | 64-18 | 58 |
3 | Qaradağ L | 25 | 17 | 3 | 5 | 48-19 | 54 |
4 | Ağsu | 25 | 17 | 3 | 5 | 59-20 | 54 |
5 | Zirə | 24 | 15 | 5 | 4 | 44-13 | 50 |
6 | Şuşa Q | 25 | 14 | 3 | 8 | 43-20 | 45 |
7 | Şahdağ | 24 | 12 | 6 | 6 | 38-25 | 42 |
8 | Turan T | 25 | 12 | 3 | 10 | 53-33 | 39 |
9 | Bakılı | 25 | 9 | 3 | 13 | 41-48 | 30 |
10 | Kəpəz | 25 | 7 | 7 | 11 | 29-34 | 28 |
11 | Şəmkir | 25 | 5 | 8 | 12 | 21-43 | 23 |
12 | Mil-Muğan | 25 | 6 | 4 | 15 | 24-50 | 22 |
13 | MOİK | 25 | 5 | 5 | 15 | 17-53 | 20 |
14 | Energetik | 25 | 4 | 3 | 18 | 20-69 | 15 |
15 | Lokomotiv | 25 | 3 | 1 | 21 | 10-57 | 10 |
16 | Göyəzən | 25 | 2 | 3 | 20 | 12-77 | 9 |
Bombardirlər | İlham Allahverdiyev (Qaradağ L) - 20. Fərmayıl Əliyev (Ağsu) - 15. Ramil Əliyev (Bakılı) - 14. Morteza Heydəri (Şuşa), Əli Bağırov (Rəvan), Məhəmməd Alıyev (Neftçala) - 13. Asif Zeynalov (Bakılı), Vüsal Qarayev (Rəvan) - 12. |
Fanataz