Georgi Çixradze "İnter"lə oyunla (2:3) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Simurq"un baş məşqçisi komandanın gələcyinin qaranlıq olduğunu deyib:
"Oyun barədə danışmaq mənim üçün çox çətindi. Start fitindən sonra yaranmış vəziyyət artıq komandanın durumundan xəbər verir. Mənim üçün danışmaq ağırdı. Rəqib oyuna daha yaxşı köklənmişdi və bunun nəticəsidi ki, vacib qələbə qazandılar. Hazırkı vəziyyətdə biz gələcəyin necə olacağını bilmirik. Hələ ki, yolumuza davam edirik".//pfl.az
Fanat.az