Bu gün Doha şəhərində, “Al-Sadd” klubunun stadionunda Azərbaycan və Qətər milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. İdman24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yerli vaxtla saat 19:15-də (Bakı vaxtı ilə saat 21:15) başlayacaq qarşılaşmanı adları aşağıda göstərilmiş hakimlər idarə edəcək:
Baş hakim: Tamuni Salah Vahid (Liviya)
Baş hakimin köməkçiləri: Attia Amsaad, Foaad El Maghrabi (Liviya)
Dördüncü hakim: Khamis Al-Kuvari (Qətər)
İdman24.az