Bu həftə Azərbaycan futbolunun ən böyük oyunu – “Neftçi” – “Xəzər Lənkəran” qarşılaşması baş tutacaq. Bazar günü Topaz Premyer Liqasının IV həftəsi çərçivəsində baş tutacaq qarşılaşmadan öncə Fanat.az “Böyük oyun”ların tarixinə nəzər salır.
Əzəli rəqiblər indiyədək 28 dəfə qarşılaşıb. Bunlardan 25-i Premyer Liqa, 3-ü Azərbaycan Kuboku çərçivəsində baş tutub. Çempionatdakı qarşılaşmalardan biri “Qızıl oyun”du.
“Neftçi” Premyer Liqada əzəli rəqibini 8 dəfə yenib. “Xəzər Lənkəran” isə çempionat çərçivəsindəki “Böyük oyun”larda 7 dəfə gülüb. 10 qarşılaşmada isə qalib müəyyənləşməyib.
Kubokdakı 3 matçın birində “Xəzər Lənkəran”, birində “Neftçi” qalib gəlib. “Ağ-qaralar” kubokdakı qələbəsini ötən mövsüm finalda, özü də penalti seriyasında qazanıb. Bir oyunda isə tərəflər meydandansülhlə ayrılıb.
Ümumilikdə, “Neftçi” 9, “Xəzər Lənkəran” 8 qələbəyə sevinib. 11 halda isə tərəflər meydandan bərabərliklə ayrılıb.
“Xəzər Lənkəran” – “Neftçi” duellərində indiyədək azarkeşlər 53 qol vurulub. Onlardan 28-nə “Neftçi”nin futbolçuları, 23-nə “Xəzər Lənkəran”ın oyunçuları sevinib (kubokun finalındakı penalti seriyası nəzərə alınmır).
“Xəzər Lənkəran” – “Neftçi” qarşılaşmalarında ən çox qeydə alınan hesab 1:0 olub – 7 dəfə. 0:0 və 2:1 hesablarına 6, 1:1 hesabına 5, 2:2, 4:3, 2:0 və 5:0 hesablarına isə 1:0 dəfə rast gələnib.
“Neftçi” “Xəzər Lənkəran” üzərində ən böyükhesablı qələbəsini 2011/12 mövsümünın təsnifat mərhələsinin Bakıdakı oyununda qazanıb – 5:0. Həmin vaxt Bakı klubuna Böyükağa Hacıyev, Lənkəran təmsilçisinə Mirça Rednik başçılıq edirdi. Həmin mütəxəssislər indi komandalara rəhbərlik etmir.
“Xəzər Lənkəran” isə əzəli rəqibini ən yaxşı halda iki top fərqi ilə yenib – 2:0. Həmin matç 2008/09 mövsümündə Lənkəranda baş tutub.
Əzəli rəqiblərin ən çox qol vurulan oyunu Azərbaycan Kubokunda keçirilib. 2010/11 mövsümündə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin Bakıda baş tutan ilk oyununda 7 qol qeydə alınmış və “Xəzər Lənkəran2 4:3 hesablı qələbə qazanmışdı.
2004/05 mövsümü | |
Xəzər Lənkəran – Neftçi | 1:1 |
Neftçi – Xəzər Lənkəran | 2:1 |
2004/05 mövsümü (Qızıl oyun) | |
Neftçi – Xəzər Lənkəran | 2:1 |
2005/06 mövsümü | |
Xəzər Lənkəran – Neftçi | 0:1 |
Neftçi – Xəzər Lənkəran | 2:2 |
2006/07 mövsümü | |
Xəzər Lənkəran – Neftçi | 2:1 |
Neftçi – Xəzər Lənkəran | 1:0 |
2007/08 mövsümü | |
Xəzər Lənkəran – Neftçi | 0:1 |
Neftçi – Xəzər Lənkəran | 0:1 |
2008/09 mövsümü | |
Xəzər Lənkəran – Neftçi | 2:0 |
Neftçi – Xəzər Lənkəran | 2:1 |
2009/10 mövsümü (Təsnifat mərhələsi) | |
Xəzər Lənkəran – Neftçi | 0:0 |
Neftçi – Xəzər Lənkəran | 0:0 |
2009/10 mövsümü (Final mərhələsi) | |
Xəzər Lənkəran – Neftçi | 0:0 |
Neftçi – Xəzər Lənkəran | 0:0 |
2010/11 mövsümü (Təsnifat mərhələsi) | |
Xəzər Lənkəran – Neftçi | 1:0 |
Neftçi – Xəzər Lənkəran | 0:0 |
2010/11 mövsümü (Final mərhələsi) | |
Xəzər Lənkəran – Neftçi | 1:1 |
Neftçi – Xəzər Lənkəran | 1:1 |
2010/11 mövsümü, ölkə kuboku (1/4 final) | |
Neftçi – Xəzər Lənkəran | 3:4 |
Xəzər Lənkəran – Neftçi | 1:1 |
2011/12 mövsümü (Təsnifat mərhələsi) | |
Xəzər Lənkəran – Neftçi | 1:0 |
Neftçi – Xəzər Lənkəran | 5:0 |
2011/12 mövsümü (Final mərhələsi) | |
Neftçi – Xəzər Lənkəran | 1:1 |
Xəzər Lənkəran – Neftçi | 1:0 |
2012/13 mövsümü (Təsnifat mərhələsi) | |
Neftçi – Xəzər Lənkəran | 2:1 |
Xəzər Lənkəran – Neftçi | 2:1 |
2012/13 mövsümü, ölkə kuboku (Final) | |
Neftçi – Xəzər Lənkəran | 0:0 (5:3) |