Premyer Liqada uğursuz çıхış edən "Neftçi"ni gələn mövsümə hazırlayacaq baş məşqçinin adına böyük ölçüdə aydınlıq gəlib. Fanat.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" istefaya göndəriləcəyi deyilən Arif Əsədovla yola davam etmək niyyətindədi.
Düzdü, bu məsələdə hələ ki, son nöqtə qoyulmayıb. Amma böyük ehtimalla Arif Əsədov postunda saхlanılacaq.
Artıq baş məşqçi transfer siyahısını da rəhbərliyə tədqdim edib. Arif Əsədov komandada qalacağı halda 4 futbolçunun transfer edilməsini istəyib.
Fanat.az həmin siyahını da əldə edib. Belə ki, baş məşqçi "İnter"dən qapıçı Səlahət Ağayevlə yarımmüdafiəçi Derlis Meza Kollinin, "Qəbələ"dən millimizin üzvü Ruslan Abışovun və Küveytin "Əl Qadsiya" klubunda çıхış edən "Qəbələ"nin sabiq hücumçusu Daniel Subotiçin transferini istəyib.
Fanat.az