12:01 11.05.2015 678

"Neftçi" antirekordlarını yenilədi

“Neftçi”nin qələbəsiz oyunlar seriyası 5-ə çatıb. Fanat.az PFL-in saytına istinadən xəbər verir ki, aprelin 5-də səfərdə Zaqatala “Simurq”unu 1:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi son 5 oyunda 2 heç-heçə edib, 3 dəfə məğlub olub. 

Bakılılar “Xəzər Lənkəran” (2:2), “Qəbələ” (1:3), “Qarabağ” (2:3) və “Sumqayıt”ın (2:2) ardından “İnter”i də üstələyə bilməyib - 0:4.

5 oyunluq qələbəsizlik seriyası isə “Neftçi”nin 23 illik Azərbaycan çempionatları tarixindəki antirekordunun təkrarıdı. Bakılılar heç vaxt bundan uzun qələbə həsrəti yaşamayıb. Əvvəlki illərdə “ağ-qaralar” 5 dəfə 5 oyunluq seriyaya üzülüb. 1993, 2006/07 mövsümlərinin hərəsində 1 dəfə belə uğursuzluq yaşayan “Neftçi” 2009/10 mövsümünün sonu, 2010/11 mövsümünün əvvəlini əhatə edən dövrdə də ardıcıl 5 oyunda qələbə qazana bilməyib. Ötən mövsüm isə 2 belə seriya yaşanıb.

Qeyd edək ki, “Neftçi” tarixinin daha bir antirekordunu da “İnter”lə oyunda təkrarlayıb. 4 top fərqi ilə məğlubiyyət komandanın ölkə çempionatlarında ən ağır yenilgisidi. Bunadək yalnız 1 dəfə - 2007/08 mövsümünün “Bakı” ilə qarşılaşmasında (1:5) 4 top fərqi ilə uduzan “ağ-qaralar” təxminən 7 il yarımdan sonra eyni aqibəti yaşayıb.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
18:50

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X