“Bakı”yla oyunun hazırlıqlarını davam etdirən “Simurq” məşqlərə ara vermir. Fanat.az xəbər verir ki, dünən axşam saatlarında qarşılaşmanın oynanılacağı stadionda növbəti məşqinə çıxan komanqda çalışmalara qısa məsafəli qaçış və isinmə hərəkətləri ilə başlayıb.
Bundan sonra isə hazırlığın əsas hissəsinə keçilib. Baş məşqçi Georgi Çixradzeni rəhbərliyi altında “sarı-qaralar” paytaxt təmsilçisilə oyun öncəsi müxtəlif taktiki təmrinləri məşq edib. Cinahlardan asmaların qapanması yerinə yetirilib. Məşqin sonunda isə ikitərəfli oyunla hazırlıq tamamlanıb.
“Simurq” növbəti turun hazırlıqlarını sabah tamamlayacaq. Komanda bundan sonra istirahətə çəkilərək qarşılaşmanın başlama vaxtını gözləməyə başlayacaq. “Simurq” – “Bakı” oyunu avqustun 24-ü “Şəfa” stadionunda keçiriləcək və saat 19.00-da başlayacaq.
Qeyd edək ki, Zaqatala təmsilçisinin heyətində yalnız Tural Axundov “Neftçi” ilə oyunda aldığı zədə səbəbindən komandadan ayrı məşq edir. Onun bu görüşdə oynuyub-oynamayacağı həkimlərin qərarından asılı olacaq.