“Simurq”un ötən mövsüm icarə əsasında komandada çıxış etmiş “Qarabağ”ın üzvü Murad Səttarlını geri qaytarmaq istədiyi barədə məlumat vermişdik. Zaqatala klubu onunla yanaşı, daha bir futbolçunu hədəfə alıb.
Fanat.az xəbər verir ki, baş məşqçi Georgi Çixradze “Neftçi”dən Nicat Qurbanovun komandaya qaytarılmasını istəyib. “Simurq” hazırda həm “Neftçi”, həm də “Qarabağ”la danışıqlar aparır. Yaxın günlərdə Nicatla Muradın yenidən icarəyə götürülməsi reallaşa bilər.
Qeyd edək ki, Nicat ötən mövsüm “Simurq”da 18 oyunda meydana çıxaraq 555 dəqiqə oynayıb və2 qola imza atıb.