22:17 22.08.2013 929

“Böyük oyun”, iddialıların və uğursuzların qarşılaşması (AFİŞA)

Sabah Topaz Premyer Liqasında IV turun oyunlarına start veriləcək. Fanat.az xəbər verir ki, 3 oyun günündə baş tutacaq 5 qarşılaşmadan 3-ü Bakıda, 2-si əyalətdə keçiriləcək. Əslində “Simurq” – “Bakı” matçı da əyalətdə baş tutmalı idi. Lakin Zaqatala şəhər stadionunda təmir işləri getdiyindən qarşılaşma “Şəfa” stadionunda oynanılacaq.

AZAL – “Sumqayıt”

Tura sabah keçiriləcək AZAL – “Sumqayıt” oyunu ilə yekun vurulacaq. Mövsümün startından əvvəl çoxları AZAL-ın autsayderlər sırasında yer alacağını düşünürdü. İlk turda “Neftçi”yə böyük hesabla yenilən Vaqif Sadıqovun yetirmələri bu fikirləri təsdiqlədi. Lakin ardınca “Bakı” və “İnter” üzərində qazanılan nəticələr fərqli fikirlərin ortaya çıxmasına səbəb oldu. Düzdü, “Bakı” və “İnter” hazırda yaxşı günlər keçirmir. Paytaxtın adaş klubu 3 turdan 2-də yenilibsə, “bankirlər” hələ də xal üzünə həsrətdi. Amma istənilən halda, Vaqif Sadıqov həm Milinko Pantiçdən, həm də Kaxaber Tsxadadzedən daha az büdcəyə və zəif heyətə sahibdi.

“Sumqayıt”da da vəziyyət oxşardı. Yarandığı gündən autsayder statusundan qurtula bilməyən gənclik şəhəri təmsilçisi ilk turda böhranda olan “Xəzər Lənkəran”dan bir xal aldısa, ardınca “Qarabağ”a böyük hesabla yenildi. Ötən tur isə Aqil Məmmədovun yetirmələri iddialı “Qəbələ”ni sıradan çıxardı. Düzdü, bu qələbədə matçın baş hakimi Orxan Məmmədovun da əməyi çox oldu. Amma istənilən halda qələbə sumqayıtlıların özünə inamını arıtır. Bu dəfə onlar səfər matçında xal qazanmağa çalışacaqlar.

Komandalar arasında indiyədək baş tutan 8 oyundan 3-də AZAL, 2-də “Sumqayıt” qələbə qazanıb. 3 matç isə sülhlə başa çatıb.

“Simurq” – “Rəvan”

Şənbə günü daha bir oyun keçiriləcək və “Simurq” Bakıda “Bakı”nı qəbul edəcək. Komandalar mövsümə fərqli başlayıb. İlk turda “Rəvan”ı yenib ardınca “Xəzər Lənkəran”dan bir xal alan Zaqatala klubu son turda 10 nəfərlə qalan “Neftçi”yə uduzub. “Bakı” isə ardıcıl iki məğlubiyyətin acığını “Rəvan”dan 5:0 hesablı qələbə ilə çıxıb.

Komandaların heyətinə nəzər saldıqda, “Bakı”da daha tanınmış və səviyyəli futbolçular yer alıb. Amma faktdı ki, paytaxt klubu çempionata tam hazır deyil və Milinko Pantiçin yetirmələri istənilən səviyyədə oyun göstərə bilmir. “Simurq” isə əksinə, inamlı müdafiə və dişsiz hücum xəttinə sahibdi. İlk iki turda qapısında qol görməyən Zaqatala klubunun qapıçısını ilk dəfə ötən tur “Neftçi” məyus etdi. Bununla yanaşı, “Simurq” 3 oyunda cəmi 2 dəfə fərqlənib. Şənbə günü baş tutacaq qarşılaşmada komandaların meydandan 1 xalla ayrılmaq ehtimalı daha çoxdu. Hətta “Simurq” ilk qola imza atsa, sonadək inamla müdafiə olunub 3 xalı da aktivinə yaza bilər.

Komandaların indiyədək baş tutan 17 qarşılaşmasının 6-da “Bakı”, 3-də “Simurq” qalib gəlib, 7 matçda tərəflər hərəyə 1 xal qazanıb. “Simurq” son 6 oyunda qələbə qazanmamaqla yanaşı, son 5 ev qarlışamasında da “Bakı”ya qalib gələ bilməyib.

“Rəvan” – “İnter”

Bazar günü keçiriləcək oyunlardan birində paytaxt klubları qarşılaşacaq və “Rəvan” “İnter”i qəbul edəcək. Bu oyun hər iki komanda üçün böyük əhəmiyyət daşıyır. Belə ki, Bakı klubları ilk 3 turda nəyinki qələbəyə, həmçinin xala həsrət qalıb. “İnter” rəqib qapılarına 4 qol vurubsa, “Rəvan” ümumiyyətlə fərqlənmib. “Bankirlər” III turda AZAL-a 1:2, “sarı-qırmızılılar” “Bakı”ya 0:5 hesabı ilə yenilib.

Vladislav Qədirov “Rəvan”ın başına yenicə keçib və hələ heyətdə islahatlar aparmaqla məşğuldu. Hələ istədiyi heyəti qura bilməyən baş məşqçinin “İnter”dən xal alması inandırıcı deyil. “Rəvan” ən yaxşı halda bir xala ümid edəcək. Kaxaber Tsxadadze üçün isə bu son şans ola bilər. Gürcü mütəxəssis işini davam etdirmək istəyirsə, zəif “Rəvan”ı mütləq məğlub etməlidi. Əks halda, Cahangir Hacıyev bu dəfə yəqin ki, ona qapını göstərəcək.

İndidək Bakı klubları 4 dəfə qarşılaşıb və bütün hallarda “İnter” gülən tərəf olub. “Rəvan”ın isə yeganə təsəllisi qapısında gördüyü 7 topa cavab verdiyi 1 qol olub. Son 3 matçda komanda qol belə vura bilmir.

“Qəbələ” – “Qarabağ”

Bu turda bütün diqqətlər “Xəzər Lənkəran” – “Neftçi” matçına yönəlsə də, əslində turun mərkəzi qarşılaşması “Qəbələ” – “Xəzər Lənkəran” oyunudu. Bu komandaların turnir cədvəlindəki vəziyyəti bunu iddai etməyə əsas verir.

Komandalar mövsümə yaxşı başlayıb. “Qəbələ” ilk iki turda hesabda geri düşdüyü oyunlarda “Bakı” və “İnter”i yensə də, son turda zəif “Sumqayıt”a yenildi. Düzdü, bu məğlubiyyətdə baş hakim Orxan Məmmədovun “əməyi” də oldu. Amma istənilən halda, Yuri Syominin komandası taleyini hakimin səxavətinə bağlayıb, penaltiyə ümid etməməli və heyətindəki yüzminlərlə manat dəyəri olan futbolçulara ümid etməli idi.

“Qarabağ” isə əksinə, qələbələri sıralamaqda davam edir. Avropa Liqasında inamla irəliləyən Ağdam klubu Premyer Liqada da ardıcıl 3 qələbə qazanıb. Qurban Qurbanovun komandası “Qəbələ”dən 3 gün əvvəl ağır Avropa Liqası matçına çıxsa da, bölgə səfərinə də iddialı yollanacaq. Bu oyunda da komandaların meydandaq sülhlə ayrılmaq ehtimalı daha çoxdu.

“Qəbələ” və “Qarabağ” indiyədək 20 dəfə qarşılaşıb. Bunlardan 5-də Qəbələ, 8-də Ağdam təmsilçisi gülən tərəf olub. 7 matçda qalib müəyyənləşməyib. “Qəbələ” son 3 matçda qələbəyə həsrət qalıb.

“Xəzər Lənkəran” – “Neftçi”

Və nəhayət azarkeşlərin böyük həsrətlə gözlədiyi, Premyer Liqanın bəzəyi “Böyük oyun” – “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması. Hazırda bu komandalarda vəziyyət fərqlidi. Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra Böyükağa Hacıyevi yola salıb, komandanı Tərlan Əhmədova tapşıran “Neftçi” hazırda məğlub olmayan iki komandadan biridi. “Ağ-qaralar” ilk 3 turda zəif AZAL və “Rəvan”, ardınca isə ortabab “Simurq”u yenib.
“Xəzər Lənkəran” isə “Makkabi”yə 0:8 hesabı ilə yeniləndən sonra özünə gələ bilmir. Lənkəran təmsilçisi ilk iki turda “Sumqayıt” və “Simurq”dan bir xal alsa da, III həftədə səfərdə iddialı “Qarabağ”a yenildi.

Düzdü, hazırda “Xəzər Lənkəran” da yaxşı vəziyyətdə deyil. Amma belə oyunlarda komandaların hansı mövqedə qarşılaşmasının əhəmiyyəti yoxdu. Lənkəran klubu meydan və azarkeş amilindən yararlanaraq, “Neftçi”yə badalaq vura bilər. Üstəlik, “Xəzər Lənkəran” son turda uduzsa da, sərgilədiyi oyunla ümid verdi. Lənkəranlılar “Qarabağ”a qarşı oynadıqları oyunu doğma meydanda da sərgiləyib, xal qazana bilərlər. Üstəlik, cənub təmsilçisinin başında təcrübəli, “Real” kimi komandaya başçılıq etmiş Con Toşak durursa, “Neftçi”yə təcrübəsiz və məşqçilikdə yeni olan Tərlan Əhmədov rəhbərlik edir.

Əzəli rəqiblər indiyədək çemionatda 25 dəfə qarşılaşıb. Bunlardan 8-də “Neftçi”, 7-də “Xəzər Lənkəran” qələbəni bayram edib. Komandalar 10 dəfə meydandan 1 xalla ayrılıb.

23 avqust
AZAL – Sumqayıt
Hakimlər: Vüsal Əliyev, İsgəndər Əliyev, Zeynal Zeynalov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Səfər Haşımov.
“AZAL Arena”. Saat 19.00.

24 avqust
Simurq – Bakı
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Yaşar Abbasov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
“Şəfa” stadionu. Saat 19.00.

25 avqust
Qəbələ – Qarabağ
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, Sərxan İsmayılov.
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Qəbələ şəhər stadionu. Saat 18.00.

Xəzər Lənkəran – Neftçi
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Gülağa Cabbarov.
Lənkəran şəhər stadionu. Saat 20.00.

Rəvan – İnter
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Rza Məmmədov, Namiq Bəkirov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Akif Məmmədov.
“Bayıl Arena”. Saat 20.00.

1Qarabağ33009-29
2Neftçi33007-19
3Qəbələ32016-56
4AZAL32014-56
5Simurq31112-14
6Sumqayıt31114-74
7Bakı31206-33
8Xəzər L30211-32
9İnter30034-70
10Rəvan30030-90

Bombardirlər: Bahodir Nasimov (Neftçi), Çumbinyo (Qarabağ), Mindauqas Kalonas (Bakı), Viktor İbekoyi (AZAL) – 3. Viktor Mendi (Qəbələ), Reynaldo (Qarabağ), Nikolas Gelaşvili (Qarabağ), Vaqif Cavadov (İnter), Vüqar Əsgərov (Sumqayıt) – 2.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X