Premyer Liqanın XVII turunda Azərbaycan futbolunun bəzəyi hesab olunan “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması baş tutacaq. Həmişəki kimi böyük marağa səbəb olan “Böyük oyun”dan öncə Fanat.az maraqlı məqamları oxucuların diqqətinə çatdırır.
Bu gün bir klubun şərəfini qoruyan futbolçunun və ya məşqçinin sabah əzəli rəqibin düşərgəsində peyda olacağı istisna deyil. Azarkeşlər bunu satqınlıq adlandırsa və həmin futbolçuları daim təzyiq altında saxlasa da, bir çoxları bu addımı atmaqdan çəkinmir.
“Xəzər Lənkəran” və “Neftçi”də də belə hallar dəfələrlə qeydə alınıb. Hazırda Lənkəran klubunda vaxtı ilə “Neftçi”nin formasını geyinmiş 3 futbolçu var. Belə ki, Elnur Allahverdiyev (2006-2009, 49 oyun, 2 qol), Elnur Abdullayev (2003-2004, 2 oyun) və Ağabala Ramazanov (2011-2012) əvvəllər “ağ-qara” formanı geyinib.
“Neftçi”də isə “Xəzər Lənkəran”ın iki sabiq üzvü çıxış edir. Braziliyalı Denis Silva (2008-2010, 31 oyun, 3 qol) və Mahir Şükürov (2008, 11 oyun) “ağ-qara” formanı geyin
məzdən əvvəl əzəli rəqibin heyətində yer alıb.