“Ayntraxt”ın futbolçusu Sebastyan Rode “Qarabağ”la oyunla bağlı fikirlərini bildirib. Fanat.az zəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi komandasının cütün taleyini həll etdiyini düşünür:
“Artıq bir ayağımız Avropa Liqasının qrupundadı. Bəlkə də daha çox. Deyərdim ki, cütün taleyi artıq ilk oyunda həll olunub. Frankfurtdakı cavab matçında heç nə baş verəsi deyil. Böyük ehtimalla elə belə də olacaq. Komandamızı artıq qrupda görürəm”.