Premyer Liqanın XVII turunda Azərbaycan futbolunun bəzəyi hesab olunan “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması baş tutacaq. Həmişəki kimi böyük marağa səbəb olan “Böyük oyun”dan öncə Fanat.az maraqlı məqamları oxucuların diqqətinə çatdırır.
“Neftçi” 6 ildi Lənkəranda qələbə qazana bilmir. Belə ki, cənub şəhərində baş tutan 13 görüşdə 6 dəfə meydan sahibləri qalib gəlib və 5 dəfə heç-heçə alınıb. Paytaxt klubu yalnız iki dəfə Lənkəranda qələbə qazanıb ki, son belə qalibiyyət isə 2007-ci ilə təsadüf edir.Lənkərandakı oyunlarda top fərqi isə 12:7-di. Öz meydanındakı son 3 matçda qalib gələn “Xəzər Lənkəran” artıq 9 matçdı evdə “Neftçi”yə uduzmur.