16:33 23.08.2013 746

Matiya Şpiçiç: “Uğursuzluğun səbəblərini bilmirəm” – MÜSAHİBƏ

“İnter”in xorvat müdafiəçi Matiya Şpiçiçin müsahibəsi

- “İnter”ə keçidin necə alındı?
- Mənim “Sibir”lə qüvvədə olan müqaviləm var idi və buna görə də daha bir ili Novosibirskdə keçirməliydim. Lakin “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze tərəfindən təklif gəldi və etiraf edim ki, bu klubun mənimlə maraqlanmasını öyrənmək xoş idi. Bilirdim ki, “İnter” ambisiyalı komandadı və yüksək yerlər uğrunda mübarizə aparır və demək olar hər il avrokuboklarda iştirak edir. Bu fakt məni çox həvəsləndirdi. Düşündüm və təklifi qəbul etdim.

- Qeyd etdin ki, “İnter”in kifayət qədər ambisiyalı komanda olduğunu bilirdin. Deyə bilərsən, bu məlumatları haradan öyrənmişdin? İnternet sayəsində? Yoxsa Azərbaycanda çıxış edən futbolçular belə bir məlumatı vermişdilər?
- Xeyr, səmimi deyirəm ki, “İnter” haqqında heç kimdən məlumat almadım. Sadəcə avrokuboklarda iştirak edən klublar arasında “İnter”in adına tez-tez rast gəlirdim. Bir daha təkrar edirəm ki, “İnter” demək olar hər il avrokuboklara qatılır. Buna görə anlayırdım ki, bu komanda hər il yerli birincilikdə yaxşı nəticələr əldə edir.

- Yeri gəlmişkən, “Sibir”də vaxtilə “İnter”də oynamış hücumçu Robertas Poşkus çıxış etmişdi. Ona müraciət edərək klub barədə daha ətraflı məlumat toplamaq istəyi yaranmadı?
- Bəli, mən onu tanıyıram, o, yaxşı oğlandı, lakin Robertas mən “Sibir”ə gələndə artıq komandanı tərk etmişdi. Buna görə də “İnter” haqqında danışmadıq.

- Artıq iki aydı “İnter”in heyətində çıxış edirsən. Komanda haqqında nə deyə bilərsən? Burada gördüklərin gözləntilərini doğrultdumu?
- Bəli, deyə bilərəm ki, gözlədiklərimi burada gördüm. “İnter” yaxşı təşkilatlanmış peşəkar klubdu. Ayrıca yaxşı qəbula görə uşaqlara təşəkkür etmək istəyirəm. Onlar mənə burada uyğunlaşmağıma kömək etdilər.

- İlk vaxtlar belə bir rəy formalaşmışdı ki, sən məşqçinin nə tələb etdiyini sonadək başa düşmürsən və komandanın taktiki sxeminə tam uyğunlaşa bilmirsən?
- Bəli, əvvəllər bu, məni narahat edirdi. Axı “İnter” mənim üçün yeni komandaydı. Burada başqa taktika, başqa məşq var və buna alışmaq üçün müəyyən vaxt tələb olunur. İlk vaxtlar mənə bir qədər çətin oldu, lakin indi hər şey yaxşıdı. Əsas odu ki, futbolçu yeni şəraitə, yeni komandaya tez uyğunlaşsın və o zaman hər şey yaxşı olacaq. Bu, həmişə belə olur.

- “İnter”də daha iki cinah müdafiəçisi var, hər ikisi də yerli futbolçudu ki, legioner limitinin olduğu halda onların start heyətində yer almaq şansları daha yüksək olur. Əsas heyətdə yer almaq uğrunda rəqabət aparmaq üçün özünü mübarizəyə hazır hiss edirsən?
- Əlbəttə. Əsas heyətdə mübarizə aparmağa özümü hazırlıqlı hiss edirəm. Hər bir oyunçunun özünəməxsus üstünlüyü var. Hamı özünü istər oyunlarda, istərsə məşqlərdə yaxşı tərəfdən göstərməyə çalışır. Kimin matça daha yaxşı hazır olduğuna və kimin əsas heyətdə yer alacağına baş məşqçi qərar verir.

- Azərbaycanda həm Xorvatiyadan, həm də Balkan ölkələrindən olan futbolçular çıxış edirlər. Bu futbolçulardan kimlərlə ünsiyyət saxlayırsan?
- “Xəzər Lənkəran”da çıxış edən Marin Orsuliçlə tanışam. Bundan başqa, vaxtilə “Sibir”də birlikdə oynadığımız, hazırda “Qəbələ”də çıxış edən Nikola Valentiçi yaxşı tanıyıram. “Simurq”un futbolçusu Stepan Polyakın da adını çəkə bilərəm. Bundan başqa, digər futbolçuları da şəxsən tanışam.

- Üç turdan sonra yerli çempionat barədə səndə hansı rəy formalaşıb?
- Səmimi desəm, bu barədə danışmaq mənə çətindi, axı cəmi üç tur arxada qalıb. Düşünürəm ki, bu suala ən azı birinci dövrədən sonra cavab verə bilərəm. Onu deyə bilərəm ki, Azərbaycan çempionatı tərəqqi edir.

- İlk turlarda “İnter”ə müsbət nəticələr əldə etmək müyəssər olmadı. Belə uğursuz startın əsas səbəblərini nədə görürsən?
- Həmin oyunların ilk hissələrində kifayət qədər yaxşı oynadıq. Komanda qol vurdu və kifayət qədər inamlı təsir bağışladı. Lakin fasilədən sonra ssenari dəyişir. Uğursuz nəticələrin başlıca səbəblərinin nədən ibarət olduğunu bilmirəm. Biz elə bil konsentrasiyanı, oyunun ipini itiririk. Amma ümid edirəm ki, növbəti matçda hər şey bizim üçün uğurlu alınacaq və yaxşı nəticə əldə etməyi bacaracağıq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

Facebookdan bizi izləməyi unutmayın.
X