Son günlər yayılan məlumatlara görə, Lənkəran polisi “Böyük oyun”da “Neftçi” fanatlarının təhlükəsizliyini təmin etməkdən imtina edib. Bu səbəbdən paytaxt klubu səfərə azarkeşlərini aparmamaq qərarına gəlib.
Xəbərə Lənkəran Polis İdarəsinin rəis müavini Tofiq Əliyev münasibət bildirib. Rəis müavini “Futbol+” qəzetinə yayılan informasiyaları təkzib edib: “Mətbuatda yayılan şaiyələrin heç bir əsası yoxdu. Başa düşmürəm belə dezinformasiyanı yaymaq kimlərin marağındadı. Lənkəran polisi hər matçda olduğu kimi, bu görüşdədə təhlükəsizliyin keşində duracaq. Onu da bildirim ki, həmin gün stadionda 200 polis və 500 Daxili Qoşunların əsgəri aşayişi qoruyacaq. Odu ki, avqustun 25-də arenaya gəlib matçı izləmək istəyən azarkeşlər heç nədən narahat olmasın”.