16:38 23.08.2013 870

Haydı Qurban!

Və səhəri gün. Hər kəs bir-birindən soruşurdu: “Axşam oyuna baxdın?”. Cavablar eyni idi: “Stadionda idim”. Oyunu müzakirə edənsə demək olar ki, yox idi. “Gücümüz buna çatır” fikri hər kəsin nitqinə hakim idi. Və bir də başla razılıq jestləri…

Həqiqətənmi gücümüz buna çatır? Əvvəlcə oyundan danışaq. Nə baş verirdi? Qısaca onu demək olar ki, “Qarabağ” start həyəcanından çıxa bilmədi və 6-cı dəqiqədə erkən qol “gəldi”. İkinci qolu isə həm də qapıçının səhvi kimi dəyərləndirmək olar. Əvəzetmələr oyunu canlandırdı, amma bu dəyişikliklərin vaxtında edilməməsini məşqçinin qorxusu kimi qiymətləndirsək, bizi heç kəs qınamaz. Əslində Qurban Qurbanov səhvini də etiraf etməyi bacaran BÖYÜK məşqçidi. Amma Qurbanovdan qabaq məğlubiyyətin səbəblərini biz də araşdıraq bir. Səbəblər cox ola bilər:

1. Rəqibi duzgün analiz etməmək;
2. Rəqibin “Qarabağ”ı və aparıcı futbolçuları daha dəqiq təhlil etməsi;
3. Verilən tapşırıqların futbolçular tərəfindən yerinə yetirilməməsi;
4. Psixoloji durumm
5. Ustalıq səviyysi və s…

Düzdü, sadaladığım səbəblərin hər biri məğlubiyyətə öz töhvəsini verdi, ancaq ən böyük səbəb 5-ci variantdı məncə – ustalıq səviyyəsi.

Yadımdadı ötən il “Neftçi”nin APOEL səddini keçəcəyinə Böyükağa Hacıyev və komandası inanırdı və keçdı. Düzünü deyim, o qələbə mənə də yuxu kimi gəlirdi, düşünürəm elə hamıya da. Sonradan hamı bu klubun gücünə inandı. Hətta “Rubin”ə, “Partizan”a Bakıda qalib gəlmək olar” kimi ümidləri hərkəsin göz işartılarından sezmək mümkün idi. İnam, ümid budu!

Dünənsə “Qarabağ”…

… məğlub olmadı. Niyəsini də deyim. Əgər otuz mindən çox insan Almaniya komandası ilə oyuna baxmağa qələbə əzmi ilə gəlirsə, artıq bu “Qarabağ”ın qələbəsi, azarkeşlərin komandaya inamının nümayişidi. Mən Qurbanova inanıram, bundan sonra da inanacam. Qurbanov son dövrlərdə Azərbaycanda yetişən ƏN BÖYÜK məşqçidi. Onun intizamı, əxlaqı, komandasında formalaşdırdığı mühit də böyük hərflərlə yazılmağa layiqdı.

“Qarabağ” məğlub olmadı. Amma…

Əmma burasındadı ki, uğur dalınca qaçan, qələbə olsaydı “mən də stadionda idim” demək üçün oyuna gələn bəzi “azarkeşlər” qarşılaşma bitməmiş tribunaları tərk etdi. Bunun bir adı var – mədəniyyətsizlik! Bu, onu göstərdi ki, bizdə azarkeş mədəniyyəti yoxdu.

Dünən hamı özünü Qarabağlı kimi göstərməyə çalışırdı. Bir sual verim, ay qarabağlılar, “Qarabağ”ın çempionat oyunlarında harda olursunuz? Dünənki oyuna gələnlərin 20 faizi çempionat oyunlarına gəlsə,“Qarabağ” hər il çempion olar. Dünən tribunaların əksəriyyətini saxta qarabağlılar doldurmuşdu. Boğazdan yuxarı danışanlar.

Bu gün “Qarabağ” azarkeş qarşısında hesabat verməlidisə, onu çempionat oyununa gələn 500-1000 tərəfdarına verməlidi. Amma onların da “Ayntraxt”la oyunda varlığı hiss olunmurdu. Qarışmışdılar “semiçka” çırtlayanlara.

Hələ Almaniyada cavab oyunu var. Hələ qarşıda çempionat oyunları, çempionluq iddiası və Çempionlar Liqası var. Hələ qarşıda neçə-neçə Almaniya, İngiltərə, Hollandiya komandaları var.

Haydı, “Qarabağ”!

Haydı, Qafqazın “Barselona”sı!

Haydı, Qurban!

Əli Sahib

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X