Premyer Liqanın IV turunda keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” matçının biletləri satışa çıxarılıb. Fanat.az xəbər verir ki, “Böyük oyun”u izləmək istəyənlər 2 manatdan keçməli olacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” matçı avqustun 25-də keçiriləcək. Lənkəran şəhər stadionundakı qarşılaşma saat 20.00-da başlayacaq.