"Simurq" Peşəkar Futbol Klubunun əvəzedici heyətinə seleksiya məşqləri elan edilir. Zaqatala təmsilçisinin heyətində forma geyinmək istəyən və təvəllüdü 1993-cü ildən yuxarı olan, özünə güvənən hər bir bacarıqli futbolçu bu təlim-məşq toplanışlarında iştirak edə bilər. Bunun üçün əvvəlcə özünüz haqqında informasıyanı
[email protected] və
[email protected] ünvanlarına göndərməlisiniz. Seleksiya məşqlərimiz iyun ayının ilk həftəsindən etibarən Zaqatala şəhər stadionunda başlayacaq. Toplanışa əvəzedici heyətin və aşağı yaş qruplarının rəhbəri Rövşən Babayev rəhbərlik edəcək.
Regionda bu idman növünü inkişaf etdirməklə Azərbaycan futboluna böyük töhvələr verməyi qarşısına məqsəd qoyan "Simurq"da bu cür seleksiya məşqləri davam edəcək. Əvəzedici heyətdən sonra müxtəlif yaş qruplarından ibarət komandalarada seçimlərə start veriləcək. Bu haqda da yaxın günlərdə klubun rəsmi saytı vasitəli əlavə məlumat veriləcək.
İdman24.az