14:15 24.08.2013 838

"Qurbanov həm "Qarabağ"da, həm də millidə işləyə bilər"

 "Onun işi göz qabağındadı. Gördüyü işi insanlar bəyənirlər. 2 gün öncə “Qarabağ”ın Almaniya “Ayntraxt”ı ilə keçirdiyi Avropa Liqasının ilk “pley-off” matçında  Tofiq Bəhramov adına Respublika stadionunda boş yer yox idi". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov deyib.


Rəhimov Lent.az-a açıqlamasında milliyə ən layiqli namizədin Qurban Qurbanovun olduğunu bildirib: "Hamı stadiona qələbə əzmi ilə gəlmişdi. Aydındı ki, rəqib çox güclü idi. Dünənin, bu günün komandası yox, dünyada şöhrət qazanmış klub idi. “Qarabağ” uduzsa da, tamaşaçılar razılıqla getdilər. Komandamız müqavimət göstərdi, oyun sərgilədi. Bunların hamısı Qurbanovun əməyi nəticəsində ərsəyə gəlmişdi. Bu səbəbdən, hesab edirəm ki, onun millimizə baş məşqçi təyin olunması daha məqsədəuyğundu. Elə mütəxəssislər də Qurban müəllimi daha yüksək qiymətləndirirlər. Fikrimcə, o, əsas namizədlərdən biridi. Amma başqa namizədlər də ola bilər".


İK-nın üzvü Qurbanovun həm klubda, həm də yığa komandada baş məşqçilik edə biləcəyini də vurğulayıb: "Qurbanovun klubdakı işini deyə bilmərəm. Ola bilər ki, klubda da qalsın. Belə təcrübə dünya futbolunda da var. Bizdə də ola bilər. Məncə, “Qarabağ”da işləyə-işləyə millinin də baş məşqçisi olması daha yaxşıdı".


Bundan başqa Rəhimov Berti Foqts haqda da danışıb: " Foqtsun gəlişi bir təcrübə idi. Bizim ehtiyacımız var idi ki, xarici mütəxəssis dəvət edək, onun da təcrübəsindən yararlanaq. Bu gün futbolda böyük sistem yaradılıb və nəticəsini yaxınlarda görəcəyik. Bəziləri qısa müddətdə yüksək səviyyəli futbolçuların yetişməsini istəyir. Elə deyil. Bu gün uşaq futbol liqaları yaradılıb, müəyyən qədər formalaşıb, komandalara cəlb edilməkdədilər. Bu yaxınlarda Premyer Liqa və I divizionda legioner sayını azaltmağa qərar vermişik. Bu isə yerli oyunçuların yetişməsindən və onların peşəkar komandalara cəlbinə hazır olmağımızdan xəbər verir. Artıq 21 yaşadək 2 futbolçunun 2014/15-ci il mövsümündən Premyer Liqa klublarının əsas heyətində oynamalarına dair qərar qəbul etmişik. 5 il öncə bunları etsəydik, bütün klublar “Belə futbolçular yoxdu” deyə bizim üzümüzə qayıdardılar. Lakin bu gün belə futbolçular və onların arasından seçim aparmaq imkanı var".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X