"Simurq" daha bir futbolçunun keçidini reallaşdırıb. Fanat.az xəbər verir ki, son iki mövsümdə komandanın şərəfini qorumuş Nicat Qurbanov yenidən heyətə qaytarılıb.
"Neftçi"dən icarə əsasında transfer edilən gənc futbolçu mövsümün sonuna qədər "Simurq"un uğurları üçün çalışacaq. Nicat Zaqatala təmsilçisinin heyətində "77" nömrəli forma geyinəcək.
Qeyd edək ki, Nicat Qurbanov "Simurq"un heyətində 22 oyunda meydana çıxıb və rəqib qapısından iki top keçirdib.