Premyer Liqanın 4-cü turu çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşması bu gün Lənkəran şəhər stadionunda baş tutacaq. Fanat.az xəbər verir ki, "ağ-qaralar"ın prezidenti Sadıq Sadıqov komandasını tək qoymayacaq.
Belə ki, klub prezidenti Lənkərana yola düşüb və "Böyük oyun"u stadionda canlı izləyəcək.