Azərbaycan klublarının Avropa Liqasının I təsnifat mərhələsində keçirəcəyi ilk oyunların başlama vaxtı açıqlanıb. Fanat.az xəbər verir ki, ölkəmiz üçün avrokuboklar mövsümünü “İnter” açacaq.
İyulun 2-də səfərdə oynayacaq paytaxt təmsilçisinin “Laçi” ilə Albaniyadakı qarşılaşması Bakı vaxtı ilə saat 20.30-da başlayacaq. Oyun Laçi şəhərinin eyniadlı stadionunda baş tutacaq.
Avropa Liqasındakı digər iki təmsilçimiz isə Bakı vaxtı ilə saat 21.00-da meydana çıxacaq.
“Neftçi” “Bakcell Arena”da Çernoqotiyanın “Mladost” klubunu qəbul edəcək. Tiflisdə Boris Payçadze adına “Dinamo Arena” “Qəbələ” yerli “Dinamo” ilə qarşılaşacaq.
“İnter”in albaniyalılarla cavab oyununun da vaxtı dəqiqləşib. İyulun 9-da “İnter Arena”da keçiriləcək görüş saat 21.00-da başlayacaq.//anspress
Fanat.az