"Xəzər Lənkəran" və "Neftçi" azarkeşləri arasında gərginlikdən sonra iki komandanın futbolçuları arasında da gərginlik yaranıb. Fanat.az xəbər verir ki, meydana kənar əşyalar atılıb və bu zaman bir ağac parçası stadiona düşüb.
"Neftçi"Nin futbolçusu Erik Ramos onu götürərək hakimlərə təqdim etmək üçün meydanın əks tərəfinə qaçıb. Bu zaman "Xəzər Lənkəran" futbolçuları onu dayandırmağa çalışıb. Gərginlik pik həddə çatıb. Azarkeşlərdən bəzisi meydana kənar əşyalar atmağa başlayıb. Fariz Yusifov ikinci yarının startını bir neçə dəqiqə yubadıb. Azarkeşlər referini də söyüşlərə "qonaq edib".