“İlk növbədə Yuri Pavloviçə yeni komandasında uğurlar arzulayıram. “Qəbələ”də yaxşı oyunçular cəmləşib. Rəqibə uğurlar arzulayıram. Bu komanda çempionatın ən böyük favoritlərindəndi". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Qurbanov "Qəbələ" ilə qarşılaşmada heyətdə riskə getdiklərini bildirib: "Heyətdə risk etmişdik. Etiraf etməliyəm ki, ikinci hissədə bəxtimiz gətirdi. Vacib qələbə qazandıq. Qarşıda bizi Almaniyada ağır oyun gözləyir. Bu görüşdə daha yaxşı çıxış etmək üçün “Qəbələ” ilə qarşılaşmanın təxirə salınmasına çalışdıq. Alınmadığından daha çox ehtiyat oyunçulara üstünlük vermək qərarına gəldim. Avroliqa matçı üçün bu oyunu qurban vermək də olardı. Bəzi futbolçularımızda mikro zədələr də vardı. Gənclərimizdə oyun praktikasının azlığı hiss olunur. Ancaq bütün güclərini meydanda sərgiləmələri alqışalayiqdi. Reynaldo “Ayntraxt”a 15-20 dəqiqə oynaya bilər. 90 dəqiqə çıxış etməsi sual altındadı”.