Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşması başa çatıb. Fanat.az xəbər verir ki, "Böyük oyun"dan sonra ev sahibi azarkeşlər stadionu yandırıb.
Belə ki, "ağ-yaşıl" azarkeşlər fakerləri yandıraraq qonaq azarkeşləri olan tribunaya atıb. Bunun da nəticəsində tribunalar alışıb.
Əməkdaşımızın verdiyi məlumata görə artıq stadionda baş verən yanğının qarşısı alınıb. Lakin cənublular hələ də stadionu tərk etmək istəmir. Belə ki, polis qüvvələri azarkeş kütləsini stadiondan uzaqlaşdıra bilmədiyindən hadisəyə Daxili Qoşunların əsgərləri müdaxilə etməli olub