"Böyük oyun"un bitməsindən 2 saat kesçə də, hələ gərginlik aradan qalxmayıb. Fanat.az xəbər verir ki, stadiondan uzaqlaşdırılan azarkeşlər şəhərə üz tutub.
Bunun nəticəsində şəhərdə gərginlik yaranıb. Buna görə "Neftçi" klubu, Bakıdan gedən azarkeşlər və mətbuat nümayəndələri stadionda saxlanılıb. Bakı təmsilçisi axşam yeməyini yemək üçün "Xəzər Lənkəran"ın klub bazasına üz tutub.
Lənkərana ezam olunmuş əməkdaşımızın verdiyi məlumata görə, azarkeşlərdən 28 nəfər saxlanılıb və saxlanılanların böyük əksəriyyəti "Xəzər Lənkəran"lı fanatlardı.
Yaşanan insident nəticəsində 10 yaxın əsgər, 1 polis əməkdaşı və bir-neçə azarkeş yaralanıb. Yaralanan əsgərlərin əksəriyyəti gözyaşardıcı qazdan zəhərlənib. Verilən məlumata görə, Lənkəranda baş verən insident birbaşa olaraq daxili işlər nazirinin müavini Vilayət Eyvazovun nəzarətindədi.
Hadisə ilə bağlı Lənkəran Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.